2020-ci ilin aprelində AliExpress -in 50 yaşdan 65 yaşa qədər olan alıcılarının sayı 50% artım göstərib.


Facemark.az-ın məlumatına görə, şirkətin məlumatına deyilib ki, 65 yaşdan yuxarı olan alıcılarının sayı ötən ilin anoloji dövrü ilə müqayisədə 60% artım göstərib.


Şirkət bu yaşda olan istifadəçilərinin fəallığını onların kompüter biliklərinin artımı ilə izah edir. Öz-özünə alver etməyi bilməyən yaşlılara isə yaxınları dəstək olur.


AliExpress Rusiya isə onlar üçün #evdəqal adlı bölmə yaradıb, burada onların ehtiyacı ola biləcək məhsullar yerləşdirilib. Həmçinin bu bölmədə onların sağlamlığı ilə bağlı tövsiyələr verən mütəxəssislər yer alıb.


Bütün sifarişlər isə sadəcə bir neçə gün içində sahibinə çatdırılıb. Məsələn, məhsullar arasında evdə vaxt keçirmək üçün stolüstü oyunlar, tikiş maşını, e-kitablar və s. var. Fiziki aktivliyi dəstəkləmək üçün isə idman alətləri (eləcə də fitnes və yoqa üçün xalça), təmiz evdə oturmaq üçün dezinfeksiya və təmizlik vasitələri, öz sağlamlığının qayğısına qalmaq üçün tonometr, inqalyator, gözəllik üçün krem, vanna üçün vasitələr və s. eyni zamanda qəlyanaltılar yer alıb.