Dünyada təxminən 2 milyard smartfon, koronavirus ilə yoluxmuş insanların kontaklarını izləmək üçün nəzərdə tutulan texnologiyadan istifadə edə bilməyəcək.


Facemark.az-ın məlumatına görə, Financial Times nəşri yazır ki, müvafiq əlavə isə COVID-19-un yayılmaması ilə mübarizə çərçivəsində Apple və Google tərəfindən hazırlanır.


Bildirilir ki, smartfonlara yeni funksiyanı əlavə etmək üçün onlarda xüsusi simsiz çip və proqram təminatı olmalıdır. Bu isə indi istifadə edilən yüz milyonlarla smartfonda yoxdur. Xüsusilə bu yaşı beşdən çox olan smartfonlara aiddir. Ekspertlərin qiymətləndirməsinə görə isə bu qadjetlərin 25%-ni təşkil edir. 1,5 milyard insan isə hələ də adi mobil telefonlardan istifadə edir və smartfon almır. Counterpoint Research-ın məlumatına görə isə, ümumilikdə 2 milyard qadjet bu texnologiyadan istifadə edə bilməyəcək. Belə ki, bu qadjetlərdən istifadə edən insanların çoxu, ya yaşlıdır, ya da aztəminatlıdır.


Ekspertlərin sözlərinə görə, hətta İngiltərədə bu texnologiyadan faydalanacaq istifadəçilərin nisbəti 2/3 olacaq. Hindistanda isə bu rəqəm 30-40%-a yaxınlaşacaq.


Ben Vud, CCS Insight-ın analitiki:


“Əsas texnoloji məhdudiyyət ondan ibarətdi ki, istifadəçilərin əksər hissəsinin istifadə etdiyi qadjetlərdə Bluetooth və müasir əməliyyat sistemi yoxdur. Əgər istifadə etdiyiniz qadjet bu qruplardan birinə daxildirsə və ya köhnə qurğudursa, bu halda yeni texnologiyanın verəcəyi potensial faydanı əldən vermiş olacaqsınız”, - deyə analitik deyib.