Apple kompaniyası aprelin 18-dən etibarən özünün Cəbubi Koreyadakı yeganə mağazasını yenidən bərpa edib.
Facemark.az-ın məlumatına görə, mağazanın fəaliyyəti koronavirus pandemiyasının (COVID-19) yayılması fonunda mart ayından bəri dayandırılmışdı. Həmin mağaza Seul bölgəsindəki Kannamqu-da yerləşir.
Apple nümayəndəsinin sözlərinə görə, ölkə COVID-19-un ölkədə yayılmasının qarşısını almaq istiqamətində uğurlu addımlar atıb. Artıq beş gündür ki, hər gün üzrə 30-dan çox insan virusa yoluxmur. Son məlumatların birində isə deyilirdi ki, ölkədə yoluxma sayı təxminən 10 635 nəfər olub. Virusun yayılmasından bu yana isə 7829 nəfər sağalıb.
Qeyd edək ki, Apple korporasiyası hələ martın ortalarından Çin xaricindəki bütün mağazalarını koronavirus pandemiyasından dolayı bağladığını bildirmişdi. Şirkət sözçüsünün sözlərinə görə, onlar ölkədə epidemiyanın yayılmasından xəbərdar olduqdan sonra, sosial məsafənin artırılmasının vacibliyini başa düşüblər.
Çindəki mağazaları isə hələ 13 martdan işlərini yenilədi və bütün offlayn satış mərkəzləri işlərini dayandırdı. Şirkətin məhsullarını internet-mağazadan almaq olar. Eləcə də App Store əlavəsi açıq olaraq qalmaqdadır.