Smartfon istifadəçiləri üçün ən rahat maliyyə qurumlarının mobil versiyaları (orta qiymətləndirmə 76%), riteyler (72%) və səyahət üçün (71%) resurslar olub.
Facemark.az-ın məlumatına görə, Google riteyler sferası üzrə 24 ən populyar saytların mobil versiyiyasını analiz edib və onlardan beşini seçib. Bunlar “Svyaznoy” (83%), “LitPes” (83%), DNS (80%), “Beru” (80%), “Asos” (80%) olub.
Maliyyə sektoru üzrə lider isə Tinkoff (91%), “Rayffayzenbank” (91%), “Rosbank” (89%),“Sberbank” (82%), VTB (82%) olub. Turistlər üçün olan saytlar arasında isə trivago (87%), Aviasales (85%), Airbnb (79%), Booking.com (79%), S7 (79%) seçilib.
Araşdırma sübut edib ki, istifadəçilərin 85%-i smartfondan internetə daxil olmaq üçün istifadə edir. İstifadəçilərin 61%-i isə desktop və planşetdən internetə daxil olmaq əvəzinə smartfona üstünlük verir.
Qeyd edək ki, hər bir sahənin dəyərləndirilməsi üçün isə xüsusi kriteriya və meyarlar işlənib hazırlanıb. Belə ki, hər bir saytın ümumi reytinqi fərdi meyarlara görə təyin edilən reytinqdən asılı idi.


