“2021-ci ilin iyun ayına qədər 50 və daha çox insanın qatıldığı bütün offlayn tədbirlərimizi ləğv edirik”.
Facemark.az-ın məlumatına görə, bu sözləri koronavirusdan sonrakı hədəflərini paylaşan Facebook şirkətinin təsisçici və CEO-su Mark Zukerberq deyib.
“Bunların bəzilərini virtualda reallaşdıracağıq və bu barədə yaxın zamanlarda daha çox detal verəcəyik. Oxşar şəkildə, iş səyahəti barəsində siyasətimizi isə bu ilin iyun ayına qədər uzadırıq. Facebook işçiləri şanslıdırlar ki, onlar evdən də məhsuldar işləyə bilərlər. Bu imkana sahib olmayan çalışanlara isə belə dəstəyi verməyin məsuliyyətini hiss edirik. Ümid edirəm ki, bu COVID-19-un yayılmamasına kömək olar. Beləliklə cəmiyyətimizi ayaqda tuta bilər, ən qısa zamanda təkrar ayağa qalxa bilərik”.