Apple şirkəti aprelin 15-də ikinci nəsil iPhone SE-yi təqdim edib. Yeni iPhone SE, 4,7 inç Retina HD ekrana və sektordakı ən təhlükəsizlik funksiyası Touch ID ilə təqdim edilir.
Facemark.az-ın məlumatına görə, yenidən hazırlanan kompakt dizaynlı iPhone SE, eyni zamanda münasib büdcəli iPhone modelidir.
Yeni iPhone SE, bir ağıllı telefondakı ən sürətli çip olan, elə Apple-ın hazırladığı A13 Bionic-dən güc alır. Bir iPhone-dakı ən yaxşı tək kamera sisteminə sahib olan iPhone SE, portret mode-unda olduğu kimi, rəqəmsal fotonun bütün üstünlüklərindən faydalanmaq imkanı təqdim edir.
iPhone SE qara, ağ, (PRODUCT)RED rəng seçimlərinə malikdir. IP67 dərəcəsinə görə, 1 metr dərinlikdəki syun altında maksimum 30 dəqiqəyə qədər qala bilir. Yeni model, həmçinin suya, toza da davamlı dizayna sahibdir.
iPhone SE-yi aprelin 17-si, cümə günündən sadəcə 399 ABŞ dollarından başlayan qiymətlərlə öncədən sifariş etmək mümkündür.
