Türkiyədə AFİ Akıl Fikir İşleriGOOD Ad Lab yeni araşdırmasını hazırlayıb. Araşdırmadan vacib nüansları təqdim edirik.


Twitter-in xəbər mənbəyi olması funksiyası bu məcranın yüksəlişinə kömək olub. Ancaq böhrandan sonrakı vəziyyət isə onun üçün mənfi nəticələnə bilər. İstifadəçilər belə dövrlərdə daha ciddi hesabları izləməyə başlayır. Böhrandan sonra isə onlar belə hesabları izləmək istəmir, belə məcralardan uzaqlaşırlar.


İstifadəçilərin böhrandan sonrakı davranışı isə o olacaq ki, onlar Twitter-də qarşılarına çıxan pessimist kontentdən uzaqlaşacaqlar. Daha “light” məcralara yönələcəklər. Nəticədə, istifadəçilər vizualın bol olduğu Instagram, TikTok kimi platformalara yönələcəklər. Twitter-dən fərqli olaraq vizual əsaslı platformalarda gündəmlə bağlı kontent azdır.


Kriz dövründə də istehlakçı davranışlarına böyük dəyişikliyi olmaz. Epidemiya dövündə olduğu ki, sonra da vizual əsaslı məcraların istifadəsində ciddi artım olacaq.


Krizis, həmçinin tanışlarla daha çox əlaqədə olmaq, onların nə etdikləri izləmə periodudur. Digər zamanlarda isə sosial məcrada yeni insanlar kəşf etmək ehtiyacı yaranır. Buna görə də prosesin davamında isə hər şey şəxsi seçimdən asılı olacaq. Belə ki, Twitter-i əsas sosial media məcrası olaraq görənlər bura fokuslanmağa, Instagramı əsas sosial media məcrası görənlər buradakı “kəşf et və hobbi hesablarına daha çox yönələcək, eləcə də Facebook-u əsas sosial məcra olaraq görənlər də maraq dairələrinə uyğun olaraq Facebook qruplarına fokuslanacaqlar. Digər bir istifadəçi qrupu isə artıq zəngin alternativə çevrilən TikTok-u seçəcək.


Epidemiyadan sonrakı dövr markaların dijitalda müştəri ilə kommunikasiyasına necə təsir edəcək?


Necə ki, krizis dövründə gözləntilərə uyğun hərəkət etmək əsasdırsa, krizisdən sonra da bu qaydaya əməl etmək lazımdır. Epidemiya dövründə işləri ilə müştəridə müsbət emosiyalar yaradan markalar, onlar ilə bağını gücləndirəcək. Neqativ təəssürat yaradanlar isə onlar ilə kommunikasiyaya keçməkdə çətinlik çəkəcək.