“Twitter”in TOP meneceri, CEO-su Jack Dorsey yeni növ koronavirus ilə (COVID-19) mübarizə üçün 1 milyard dollar pul ayıracaq.


Facemark.az-ın məlumatına görə, sosial media nəhənginin rəhbəri Dorsey “Twitter” hesabı üzərindən deyib ki, bu onun şəxsi sərvətinin təxminən 28%-ni edir.


Şirkətin CEO-su bildirib ki, o bu pulu özünün “Square” platforması üzərindən göndərəcək.


Dorsey qeyd edib ki, o koronavirusdan sonra da xeyriyyə işlərinə davam edəcək. Qızların sağlamlıq, təhsil xərcləri və qlobal araşdırmalar üçün də pul ayıracaq.


Xatırladaq ki, onun şəxsi sərvətinin həcmi 2020-ci il məlumatına görə, 2,9 milyard dollar olub.