Daha çox məşhur artistlər internetdə böyük, pulsuz onlayn konsertlər verməyə razılaşırlar. Aprelin 4-ü, saat 17:00-da Okko multimedianın canlı efirində Emin və onun qonaqları iştirak edəcək. Yeni hip-hop sənətçici Jony da daxil olmaqla, premyeralara da söz verilib. Eminin çıxış günü-afişlarda məhz belə yazılıb. RQ-nin jurnalisti onunla müsahibə aparıb.
Bütün dünyanın yaşadığı çətin anlarda bu konserti sizin üçün vacib və qeyri-adi edən nədir?
Emin: İndi ən vacib olan bir-birimizə olan dəstəkdir, xüsusilə biz müğənnilər də öz dinləyicilərimiz ilə əlaqədə olmalıyıq. Bu çox gözəldir ki, indi onlayn konsert vermək mümkündür və canlı efirdə onlar səni görə və eşidə bilərlər. Bütün səmimiyyətimlə ümid edirəm ki, bizə Rusiyada və digər ölkələrdə baxacaqlar. Bütün ifaçılar kimi mənim də yaxın tarixlərdə baş tutacaq bütün konsertlərim ləğv edildi. Ona görə də, mən onlaynda olan çıxışı çox səbrsizliklə gözləyirəm.
Son iki həftədir ki, onlayn konsertlər artıq adi hala çevrilib. Buna vaxt tapan bütün ifaçılara isə təşəkkür etmək düşür. Bəs sizdən əvvəlki ifaçıların çıxışlarının proqramının necə qurulduğunu araşdırdınızmı?
Emin: Hər kəs öz auditoriyasına artıq onların eşitdiyi, sevdikləri hitləri təqdim etməyə çalışır, eyni zamanda bura yeni hitlər də daxildir. Biz həmişəki yol üzrə gedəcəyik, amma proqrama mənim ifaçı dostlarımla-Jony, Qriqori Viktoroviç Leps olan bir neçə duet də daxildir. İndi ifaçılar bunu öz hesabları yaxud digər onlayn meydançalar – (bu artıq daha sağlamdır və bizim hamımızı birləşdirir) üzərindən etməyə çalışırlar.
Siz səhnədə ilk dəfə yer alanda deyirdilər ki, musiqidə yeni Elvis Presli dünyaya gəlib. Klassik rok-n-rolla qismən varis olan hissiyyatlı balladaların ifaçısına çevrildiniz. İndi isə sizi səhnədə peşəkar estrada ifaçısı kimi tanıyırlar, hətta sizi öz həmyerliniz Müslüm Maqomayevin davamçısı da adlandırmaq olar. Amma sizin Jony ilə birlikdə yeni olan hitiniz “Kamin” isə artıq başqa ritmlər üzərində köklənib. Bu addımı öz karyerasında sadəcə təcrübə, yoxsa yeni addım kimi qiymətləndirmək olar?
Emin: Bəli, bu mahnı-eksperiment xarakteri daşıyır. Nəticələr onu göstərib ki, janr uğurlu olub. Bəli, bu stil mənə tamamilə yaddır. Amma mən yerimdə dayanmaq istəmirəm. Yeni eksperimentlər edirəm, gənclərə xitab edən yeni istiqamətləri axtarıram. Yaxın gələcəkdə mənim Hammali & Navai qrupu ilə belə yeni duetim çıxacaq. Baxaq görək, onu necə qiymətləndirəcəklər. Hazırda mənim proqramım həmişəki kimi miksdir. Proqramımızda romatik ballada, ingilis dilində ifalar və rəqs kompozisiyaları daxildir. Musiqi fərqli janrlarda olmalıdır, ona görə ki, nə sənə, nə də konsertdəki auditoriyaya darıxdırıcı olmasın. Niyə biz ən yaxşı vaxtlara qədər premyeraları saxlamadıq? Ona görə ki, gözləmək istəmirik. Əgər belə çətin vaxtlarda tamaşaçılara yeni nəsə verə bilirsənsə, gözləməyə dəyməz.
Sizin üçün boş otaqda konsert vermək asan, yoxsa çətindir? Ya da səhnənin qabağına sizin üçün ən yaxın insanları qoyun. Sizə belə daha asan olacaqmı?
Emin: Düzünə qalsa, hələ ki bunu necə olacağını təsəvvür edə bilmirəm. Boş studiyada konsert vermək mənim üçün ilk təcrübə olacaq. Əlbəttə ki, auditoriya ilə qarşılıqlı əlaqədə olmayan, tamaşaçının gözlərinin içinə baxa bilməyən, onların emosiyalarını görə bilməyən istənilən ifaçı üçün bu çətin olacaq. Yalnız bütün bunları təqdim etmək qalacaq. Tamaşaçıların xatirinə ekran vasitəsilə onlara konsertdəki kimi atmosferi və emosiyaları ötürməyə çalışacağıq.
Digər müğənnilər ilə müqayisədə siz bu gün ən çox duet edənlər arasında bəlkə də lidersiniz. Hərçənd ki, bu gün reper ST artıq özünü duet albomu ilə sizə yaxınlaşır.
Sizin həyatınızda indi nə dəyişib?: İndi daha çox vaxtınız var, bəlkə də artıq yeni maraqlarınız yaranıb?
Emin: Studiyanın mənim evimdə olduğuna görə şanslıyam. İndi qrafik daha sərbəstdir, indi mənim yaradıcılıq ilə daha çox məşğul olmağa vaxtım olur. Tezliklə yeni ifalarımı təqdim edəcəyəm. Amma işlər heç də azalmayıb. Mən yenə də həftənin 24 saatı telefon və poçt başındayam. Tək sözlə hər şey adi qaydada olduğu kimidir. İndi bircə aktiv şəkildə tennis oynamaq üçün zamanım qalır.