Qonşu ölkə, Türkiyənin ən məşhur onlayn platformalarından biri olan GittiGidiyor 2019-cu ili 30% böyümə ilə tamamlayıb. Platformada saniyədə 1 məhsul satılıb və qeydiyyatda olan üzv sayı isə 28 milyona yüksəlib.


Facemark.az xəbər verir ki, GittiGidiyor-da 100 mindən çox satıcı və 15 milyondan çox məhsul mövcuddur. Kompaniyanın 2020-ci il üzrə isə böyümə hədəfi 40%-dir.


“2019-cu ildə faydalı və sıx çalışmağımız sayəsində 30%-lik böyümə əldə etdik. Ekosistemimizə 5 milyon yeni istifadəçi qatılıb. Beləliklə platformada qeydiyyatda olan üzvlərin sayı 28 milyona yüksəlib. 2020-ci ildə qlobal bir platforma olmaq üçün səylərimizi daha da artıracacağıq və bu il üzrə 40%-lik böyüməni hədəfləyirik. Qarşıdakı dövrdə məhsul çeşidimizi daha da genişləndirməyi və daha çox KOBİ və klassik pərakəndəçiyi sistemimizə qatmağa davam edəcəyik. Türkiyədə e- ticarəti böyütmək adına, gedəcəyimiz hələ çox yol var”, - deyə platformanın baş direktoru Öget Kantarcı bildirib.


Ümumilikdə trafikin 80%-i mobildəndir


“2019-cu ildə mobil üzərindən alış edilməsi trendi artır. Belə ki, GittiGidiyor-dakı 10 alışdan 7-i məhz mobil cihazlar üzərindən edilib. Bir öncəki ilə görə, mobil satış həcmi 31% artım göstərib. 2019-cu ildə isə mobilin ümumi trafikdəki payı 80%-ə, ümumi satışdakı payı isə 57%-ə yüksəlib.


2019-cu ildə ən çox böyüyən kateqoriyalar


Ötən il bir öncəki ilə görə ən çox böyüyən kateqoriyalar sıra ilə Yapı Market, supermarket, kitab, jurnal, avtomobil, motosiklet, aksessuar, ofis-ləvazimatları idi. Platformada ən çox axtarılan kəlimələr isə sıra ilə ağıllı saat, cib telefonu, velosiped, idman ayaqqabısı, çılçıraq, uşaq arabası, televizor, planşet yer alıb. 2019-da ən çox satılan məhsullar isə roman, banka, robot süpürgə, lampa, yataq, oyun konsolu olub.