Zenith və digər şirkətlər əmindirlər ki, Covid-19 epidemiyası, başqa adla koronavirus istehlakçıların davranışına təsir edəcək. Onlayn tanıtım seqmentini ən həssas adlandırırlar, belə ki, digərləri ilə müqayisədə bu kanaldan imtina etmək daha asan olacaq. Əgər insanlar ictimai yerlərdə olmaqdan çəkinəcəklərsə, bu halda çöl reklamı da risk altındadır.
Facemark.az xəbər verir ki, The Wall Street (WSJ) nəşrinin yazdığına görə, Zenith-in qlobal ofisinin proqnozlar bölməsinin rəhbəri Conatan Barnard deyib ki, yaxın həftələrdə şirkət koronavirusa görə, 2020-ci il üçün qlobal reklam proqnozunu aşağı sala bilər.
Nəşr yazır ki, dekabrda Publicis Groupe-a daxil olan agentlik proqnoz etmişdi ki, 2020-ci ildə reklam biznesi bazarı 4,6% artaraq 666 milyard dollara çatacaq.
Conatan Barnard deyib ki, əslinə qalsa 4,6%-lik proqnoz verən zaman biz belə bir halı (koronavirusdan danışır-red.) nəzərdə tutmamışdıq.
“2020-ci ilin birinci rübünün nəticəsinə görə, Çində reklam bazarının dinamikası, təkcə mənfiyə deyil, eyni zamanda ikirəqəmli rəqəmlərlə ölçüləcək”, - biznes-analitik şirkəti GroupM-in (WPP daxil olan) prezidenti belə deyib. Top-menecer deyir ki, buna görə də, biz ilin necə başa çatacağını indidən proqnoz verməli, digər bazarlara necə təsir edəcəyini bildirməliyik.
Məsələn, Interpublic Group Cos. özünün event-biznesində çətinliklər yaşayır. Bu haqda isə Interpublic-in icraçı direktoru Maykl Rot bazar ertəsi günü Morgan Stanley şirkətinin texnologiya, media və telekommunikasiya ilə bağlı konfransında deyib. Bir çox platformalar artıq epidemiyanın yayılmasına görə, olan neqativ təsiri hiss edirlər. Məsələn, New York Times (NYT) nəşrində daxili və beynəlxalq sifarişlərin azalmasını bildiriblər.
NYT-nin icraçı direktoru Mark Tompson isə deyib ki, cari ilin birinci rübündə reklamdan gəlirlər aşağı düşəcək. The Times nəşrindən əmindirlər ki, birinci rübdə qlobal reklam bazarı 13-19% diapazonda enmə nümayiş etdirəcək. Onlayn-reklam seqmenti isə 10% azalacaq.
WSJ müəllifləri isə güman edirlər ki, onlayn seqment ən zəif inkişaf edən sahələrdən olacaq. Bu onunla bağlıdır ki, rəqəmsal reklamdan imtina etmək daha asandır. Ən çox təhlükəni isə çöl reklamı gözləyir. Belə ki, epidemiyaya görə, ictimai yerlərə gedənlərin sayı azalacaq. Televiziya reklamında isə daha sabit və möhkəm situasiya yarana bilər. Nəşr vurğulayır ki, bu sahədə daha öncədən bağlanılmış müqavilələr kommunikasiyanın bu kanalından asanlıqla imtina etməyə icazə verməyəcək. WSJ-dən deyirlər ki, ancaq burada kampaniyaların ləğvindən söhbət gedə bilər.