Cari ilin mövcud rübündə yeni koronavirusun yayılması ilə bağlı olaraq Amerika korporasiyası Microsoft əvvəlcədən planlaşdırılmış proqnoz göstəricilərinə nail olmaya bilər.
Facemark.az-ın məlumatına görə, bu haqda CNBC nəşri şirkətin məlumatına istinadən xəbər verir.
Microsoft -dan planlaşdırırdılar ki, cari ilin martin sonunda başa çatacaq rüb ərzində şirkət proqram təminatının satışından olan gəlirləri 10,75 milyard dollardan 11,15 milyard dollara qədər ola bilər.
Ancaq şirkətdən açıqlayıblar ki, koronavirusdan dolayı tədarük zəncirinin gözləniləndən, normaldan daha yavaş inkişaf edir. Ona görə, proqnozların doğru çıxması ehtimalı azalır. Bu xəbərdən sonra isə Microsoftun səhmləri 1,2% azalaraq 168,12 dollara düşüb.
Xatırladaq ki, Pekin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) naməlum epidemiya haqqında 2019-cu ilin dekabrın 31-də məlumat vermişdi. Onun isə yeni bir virus olduğu müəyyən edilmişdi. ÜST epidemiyanı beynəlxalq təcili vəziyyət kimi də tanıyıb.