Çinin texnologiya nəhəgi Oppo, ilk ağıllı saatını təqdim etməyə hazırlaşır.
Facemark.az xəbər verir ki, Çinin texnologiya nəhənginin bu ayın sonunda təqdim etməyə hazırlandığı cihazın dizaynını göstərən rəsm isə AndroidSaint adlı Twitter istifadəçisi tərəfindən paylaşılıb.
Apple Watch-a oxşarlığı ilə diqqət çəkən Oppo-nun ilk ağıllı saatının dizaynı belə görünür ki, konkretləşib.
Modelin Oppo-nun özünün əməliyyat sistemindən istifadə edəcəyi deyilir. Brendin ilk ağıllı saatı modern fitness cihazlarında olan funksiyaları da daşıyacaq.
Güman edilir ki, yeni məhsul fevralın sonunda təqdim ediləcək və qiyməti 300 dollar civarında olacaq.
