Twitter öz saytının demo versiyasını hazırlayıb. Burada siyasətçilərin və ictimai fikri yanlış istiqamətə sövq edəcək postlar xüsusi işarə ilə qeyd olunacaq.
Facemark.az-ın məlumatına görə, bunu fərq edən isə NBC nəşri olub.
Sosial şəbəkənin nümayəndəsi nəşrə deyib ki, belə bir funksiya test edilir, ancaq onun bütün istifadəçilərə əlçatan olacağı dəqiq tarix isə hələ məlum deyil.
Dezinformasiya olan tvit qırmızı və ya tünd narıncı rəngi ilə işarə olunacaq. Onun altından isə belə bir yazı görünəcək; “post zərərli və ya yanlışdır”.
Twitter informasiyaların doğruluğunu və etibarlılığını yoxlamaq üçün sosial şəbəkənin testindən keçən xüsusi ekspertlər və jurnalistləri cəlb edəcək.
Platforma, həmçinin bu işə kontekst və vacib faktlar barəsində onları məlumatlandıran istifadəçiləri də cəlb edəcək.
Sosial şəbəkə istifadəçiləri bu işə cəlb etmək üçün isə xüsusi mükafatlandırma sistemindən istifadə edə bilər.
Fotoya keçid üçün link
