Sosial şəbəkə xəbərlərin çeşidlənməsinin üç variantını yoxlayır, həmçinin xəbərlərin xronoloji sıra ilə olan nizamlanmasına geri qayıda bilər.
Facebook istifadəçiləri xəbər lentini sosial şəbəkənin təklif etdiyi üç variant üzərindən birində tənzimləyə biləcək.
Facemark.az xəbər verir ki, TechCrunch nəşrinin yazdığına görə, sosial şəbəkə yeni interfeysi yoxlayır.
Auditoriya nəşrlərin qiymətləndirilməsinin üç variantını yoxlaya bilər: Bura nəşrlərin populyarlıq dərəcəsinə görə, yaxud xronoloji, yaxud da artıq baxılanlar olaraq qiymətləndirilməsi daxildir.
Yenilik haqqında isə Honkonqdan olan proqrammist Ceyn Mançun Vonq özünün Twitter hesabı üzərindən yazıb. O, Android üçün əlavənin kodunda yeni funksiyanı aşkar edib.
Facebook nümayəndəsi isə nəşrə açıqlamasında təsdiq edib ki, xəbər lentini üç formatdan biri üzərində qurmaq mümkün olacaq. “Ancaq indi çeşidlənmə yalnız şirkətin daxilində mümkündür”, - deyə şirkətdən deyiblər.
TechCrunch nəşrindən isə deyirlər ki, daha aydın və rahat xəbər lenti istifadəçilərin platformada keçirdiyi vaxtı artıra bilər. Müvafiq olaraq platformada reklama baxışların sayı da artacaq.
