Instagram paylaşımların xronoloji olaraq görünəcəyi bir funksiya üzərində çalışır. Detallar xəbərimizdə...
Facebook-un tərkibinə daxil olan populyar paylaşım platforması Instagram hər ötən gün yenilənməyə davam edir.
Facemark.az xəbər verir ki, yeni funksiyalar qədər, istifadəçi təcrübəsini yaxşılaşdırmaq istəyən platforma onların gözündən heç bir şeyin qaçmamasına kömək olacaq yenilik üzərində çalışır.
Bilirsiniz ki, Jane Manchun Wong tətbiqlərdəki gizli funksiyaları test mərhələsində kəşf etməsi ilə məşhurdur. O, Instagram komandasının üzərində çalışdığı yeni funksiyanı da kəşf etdi. Wongun Twitter hesabı üzərindən etdiyi açıqlamaya görə, Instagramda “Ən Son Göndərilənlər” funksiyası üzərində çalışılır. Wong, funksiyanın necə göründüyünü də izləyiciləri ilə paylaşıb.
Vizulaldan da göründüyü kimi, funksiya ana ekran üzərindən bir pop-up olaraq açılır. “Paylaşımları Gör” seçdiyin təqdirdə, istifadəçilərin görmədiyi bütün paylaşımları xronoloji olaraq sıralayır.
Jane Manchun Wong tərs mühəndislik üsulu ilə kəşf edilən funksiyanın yaxın aylarda istifadəyə verilməsi gözlənilir.
Qeyd edək ki, Instagram 2016-cı ildə etdiyi köklü dəyişiklik ilə, göndərilənləri xronoloji sıralamaqdan uzaqlaşmışdı. Bunun əvəzinə isə daha çox reaksiya alan paylaşımların yer aldığı alqoritmik bir sistemə keçmişdi.
