2012-ci ildə istifadəçilərə təqdim edilən lokasiya əsaslı tanışlıq proqramı Tinder məşhurluğunu artırmağa davam edir. Proqrama üzv olmaq asan olsa da, bəyəndiyiniz insanlar tərəfindən bəyənilmək həmişə o qədər asan deyil.
Öz yarınızı daha asan tapmaq üçün proqramın necə işləməsini yaxşı başa düşmək lazımdır.
Sual oluna bilər, bəs Tinder necə işləyir?
Proqramın əsas məntiqi yaxın ərazilərdəki adamları bir-birinə göstərməkdir. Həmin adamlar isə Facebook hesabları ilə edilən giriş üzərindən müəyyən edilir. Yəni, qarşımıza küçədəki hər-hansı biri yox, sizin profiliniz və istiqamətlərinizə uyğun adamlar seçim kimi çıxır.
Proqrama girdiyimizdə qarşımıza çıxan adamın, ilk olaraq profil şəklini görürsünüz. Əgər daha da maraqlanmaq istəyirsinizsə, həmin adamın profil məlumatlarına daxil olaraq başqa şəkillərini də görə bilərsiniz. Profil araşdırması bitdi. Növbəti mərhələdə isə onunla tanış olmaq istədiyinizi bəyan etmək üçün profilini bəyənib, cavab verməyini gözləməyə başlayırsınız.
Əgər proqram üzərindən hər iki tərəf bir-birini bəyəndiyini göstərmirsə, onların tanışlığı reallaşmır və mesajlaşma bölməsi belə açılmır. Yəni, söhbət etmək üçün hər iki tərəfin də bir-birini bəyənməsi labüddür.
Tanışlığın sayını necə artırmaq olar?
Əgər aktiv Tinder istifadəçisinizsə, bu mərhələlər sizə tanış olmalıdır. Hətta birini bəyənə və deyə bilərsiniz ki, kaş ki o da məni bəyənsəydi. Amma o sizi bəyənmir. Belə hallar ilə də yəqin ki, qarşılaşmısınız.
Əgər tanışlıq nisbətiniz yüksək isə o zaman uğurlu bir profil sahibi olduğunuzu düşünə bilərsiniz. Amma əksinə, Tinder-də xeyli insanı bəyənə bilərsiniz, amma heç birindən müsbət qarşılıq ala bilmirsinizsə, deməli hardasa səhv edirsiniz.
Tanışlıq üçün şansınız çox aşağıdırsa və ya istədiyiniz səviyyədə deyilsə, tövsiyələrimizi tətbiq edə bilərsiniz. Bəlkə də xoş dostluqlar üçün ilk addımlar atıla bilər.
Sizi ən yaxşı şəkildə ifadə edən şəkillərinizdən istifadə edin
Tinder istifadəçiləri profilinizdə ilk növbədə sadəcə və sadəcə şəklinizə adaptasiya olur. Sizin ilə bağlı ilk fikirləri məhz fotonuzdan yaranır. Ona görə də, şəkil böyük əhəmiyyət kəsb edir. Proqrama öz şəkillərinizi qoymadığınız təqdirsə isə proqram avtomatik şəkildə Facebook şəkillərinizdən istifadə edəcək. Dolayısı ilə işə profil şəklinizə maksimum diqqət göstərərək başlayın. İlk şəkil mütləq sizə aid olsun. Başqalarının şəkillərini istifadə etməyin.
Bu dediyimiz qulağa qəribə gəlir. Amma başqasının fotosundan istifadə edərək, tanışan və daha sonra məyus olan istifadəçilərin də sayı heç də az deyil. Profil şəklinizdə karikatura, sloqan, cəmiyyətə mesaj verən şəkillərdən və s. istifadə etməyiniz sizi sonsuza qədər arxa plana ata bilər. Unutmayın ki, Tinder cəmiyyətə ismarıc vermək üçün lazım olan səhifə deyil, tanışlıq saytıdır. Profil fotonuz ilk baxışda sizin tərziniz, fiziki və mədəni xüsusiyyətləriniz barəsində də söz deməlidir. Sadəcə selfi paylaşa bilərsiniz, amma digər şəkilləriniz mütləq qaydada fiziki xüsusiyyətlərinizi də əks etdirsin. Əks halda sizin profilinizi araşdıran biri sizin özünəinam problemi olduğunuzu və ya özünüzü bəyənmədiyiniz düşüncəsini yaratmış ola bilər. Burada modern cəmiyyətin texnoloji funksiyalarından istifadə etməkdə heç bir qorxu yoxdur. Fərqli effektlər, konseptlər təqdim edən xeyli foto editləmək proqramları var. Bu proqramlardan biri olan Photo Lab ilə ortaya möhtəşəm şəkillər çıxarda bilərsiniz.
Sosial və mədəni həyatınızı əks etdirin
Profilinizə ayna qarşısında telefonla poz verilmiş şəkillər qoymaqdan çəkinin. Bir çox insanlara bu xoş gəlmir və bu şəkilləri adi görür və profilin sahibi ilə əlaqəyə keçmir. Dağınız və sevimli hallarınız sizi tanıyalarda sempatiya yarada bilər, amma bu nüans sizi tanımayanlar üçün keçərli deyil. Unutmayın ki, Tinderdə şəkilləriniz qədər diqqət çəkirsiniz. Profil detallarında sosial həyatınızı, işinizi, hobbilərinizi də yaza bilərsiniz. Sosial həyatınızı əks etdirən şəkillər belə sizə qarşı mənfi düşüncə formalaşdırmamalıdır. Məsələn, qəlyan çəkmək sizin sosial həyatınızın bir hissəsi ola bilər. Amma qəlyan ilə çəkilmiş şəkil, sizi tanımayan biri üçün antisimpatiya yaradacaq. Əmin ola bilərsiniz. Məsələn, heyvanlar ilə çəkilmiş şəkliniz və ya idmanla məşğul olduğunuzu göstərən şəkillərdən istifadə etməkdə fayda var.
Profil məlumatlarınıza əhəmiyyət verin
Şəkillərinizlə profil məlumatlarınız ardıcıl olsun. Özünüzlə lovğalanan cümlələr qurmamağa diqqət göstərin, yəni əndazəni aşmayın. Əksinə təbii və səmimi bir neçə cümlə sizinlə bağlı müsbət imic yaradacaq. Profilinizi sadəcə, kilo, yer kimi lazımsız detallar ilə doldurmayın. Qısası, işin sirri profil bölməniz ilə şəkilləriniz bir-birini tamamlamalıdır.
Özünüzü olduğunuzdan fərqli biri kimi göstərməyə çalışmayın. Unutmayın ki, belə söhbətlərə başlamağınızın ilk hədəfi tanış olmaqdır. Tanış olduğunuz zaman isə özünüzü gizlədə bilməyəcəksiniz.
Həyat tərzinizə uyğun bir profil, sizi tanışmaqdan zövq alacağız adamlara götürəcək.
Yuxarıda yazılan ipucları ilə Tinderdə diqqət çəkməyiniz öz əlinizdədir. Profilinizi ən xarizmatik şəkillər ilə doldurmağa elə indidən başlayın. Yeni tanışlıqların dadını çıxarın!