Google korporasiyası sevilən və artıq həyatda olmayan birisinin xatirələrini necə qorunacağına dair video çarx hazırlayıb.
Facemark.az xəbər verir ki, bu haqda The Drum portalı yazıb.
Çarxın baş qəhrəmanı isə yaşlı dul kişidir və o öz arvadı haqqında xatirələri qorumağa çalışır. Səsli köməkçi Google Assistant ona köməkçi olur: ona köhnə ailə fotolarını göstərir və Lorette haqqında vacib detalları ön plana çəkir. Məsələn, o lalə gülünü sevirdi, Alyaskaya səyahətdən zövq alırdı.
Video çarx real hadisəyə əsaslanır. Belə ki, videoda danışan 85 yaşlı kişi Google-un işçilərindən birinin babasıdır.
Bildirilir ki, Loretta video çarxı Super Bowl.-un birbaşa yayımı zamanı nümayiş ediləcək.