Facebook-da daxil olan populyar mesajlaşma platforması WhatsApp, dəstəyini kəsəcəyi Android və iOS əməliyyat sistemi ilə çalışan ağıllı telefonlarını açıqlayıb.


Facemark.az xəbər verir ki, AndroidCentral tərəfindən əldə edilən məlumata görə, WhatsApp-ın dəstəyini kəsəcəyi vaxt isə 1 fevral 2020-ci il, yəni 2 gün sonra olacaq.


WhatsApp, ilə Android üçün 4.0.3 və yuxari versiyalara, iOS üçün isə iOS 9 və yuxarı versiyalara xidmət etməyə davam edəcək. Mesajlaşma platforması beləliklə, iOS 8 və Android 2.3.7-dən köhnə olan versiyalar üzrə istifadəçilərinə verdiyi dəstəyi kəsəcək.


WhatsApp, sonuncu dəfə bütün Windows Phone əməliyyat sistemlərinə sahib cihazlara verdiyi dəstəyi 2019-cu ilin sonunda kəsmişdi.


Yeni funksiyalar ilə platformanı davamlı olaraq yeniləyən WhatsApp, aylıq 1,5 milyard aktiv istifadəçiyə sahibdir. Populyar mesajlaşma tətbiqi, ötən həftə Android mağazası Google Play-də Facebook-dan sonra 5 milyard yükləmə rəqəminə çatan ikinci platforma mövqeyinə yüksəlmişdi.