Facebook şirkətinin rəhbərliyi sosial şəbəkədə saxta videolar ilə mübarizə üçün qaydalarını sərtləşdirdiyini elan edib.


Facemark.az xəbər verir ki, bildirilir ki, belə videoların əsl hədəfi isə ictimai fikri manipulyasiya etmək və insanları çaşdırmaqdan ibarətdir.


Facebook Inc.-in vitse-prezidenti Monika Bikert isə deyib ki, “internetdə belə videoların sayı az olsa da, bununla belə onlar bu sənaye və cəmiyyət üçün ciddi təhlükə yaradır. Çünki bunlardan getdikcə, aktiv şəkildə istifadə olunur”.


Onun sözlərinə görə, sosial şəbəkənin yenilənmiş siyasətinə görə, xüsusilə ilə o videolar platformadan qaldırılacaq ki, orta sosial şəbəkə istifadəçisi videoda səhvliyin olduğunu aşkar edəcək. Belə ki, belə videolarda şəxsin demədiyi sözlərin dediyi aşkar oluna bilər.


Bundan başqa, deepfakes adlandırılan videolar, yəni bir insanın siması sünii texnologiyalar və neyroşəbəkələr vasitəsilə dəyişdiriləcəksə, platforma belə videoların yüklənməsinə icazə verməyəcək.


Sosial şəbəkədən, həmçinin əlavə ediblər ki, onlar kimisə manipulyasiya etmək üçün yaradılan satirik və parodiya videolarını, eləcə də lazımsız sözləri istisna etmək və söz sırasını dəyişdirmək üçün hazırlanan videolar platformadan silinməyəcək.