App Annie son 10 ilin ən yaxşı tətbiqetmələrini və oyunlarını açıqlayıb. Araşdırma şirkəti olan App Annie 2019-cu ilin son günlərində son 10 ilə damğa vuran tətbiqləri və oyunlarını elan edib.
Ən çox yüklənmiş tətbiqlər
Son 10 ildə ən çox yüklənən tətbiqlərin ən üst sıralamasında Facebook tətbiqi durur. Ən çox yüklənən tətbiq Facebook, ikincisi Messenger, üçüncüsü WhatsApp, dördüncüsü isə Instagramdır. Snapchat isə beşinci yeri tutur.
Ən çox xərcə səbəb olan tətbiqlər
Son 10 ildə ən çox xərcə səbəb olan tətbiqlərin ilk sırasında Netflix, ikinci yerdə Tinder, üçüncüdə Pandora, dördüncüsündə Tencent Video və beşincidə Line dayanır.
Ən çox yüklənən oyunlar
Subway Surfers ən çox yüklənən oyunlar arasında birinci yerdə qərarlaşıb. İkinci yerdə Candy Crush Saga, üçüncüsündə Temple Run 2, dördüncüdə Danışan Tom və beşincidə Clash of Clans yer tutur.
Ən çox xərcə səbəb olan oyunlar
Ən çox xərcə səbəb olan oyunların zirvəsində yer tutan Supercell in oyunu Clash of Clans-ı, Monster Strike izləyir. Siyahının üçüncü sırasında Candy Crush Saga, dördüncü sırasında Puzzle&Dragons və beşinci sırasında isə Sony nin Fate/Grand Order oyunu yer tutur.



