Instagram sosial şəbəkəsi stories üçün foto kollajı olan layout funksiyasını təqdim edib.
Facemark.az xəbər verir ki, bu haqda şirkət özünün Twitter hesabı üzərindən məlumat verib.
İstifadəçilər təklif olunan maketlərdən birindən istifadə etməklə, bir neçə çəkilişi eyni anda yükləyə bilər.
Bir stories-də isə eyni anda altıya qədər foto paylaşmaq olar. İndi funksiya təkcə fotonun kollajı ilə məhdudlaşıb. Kollajın bloklarından birində videonun isə paylaşmaq imkanı yoxdur.
Hypebeast nəşri yazır ki, Instagram bu funksiyanı tez dəyişən rəqəmsal mühitə adaptasiya etmək üçün əlavə edib.
