Apple-ın son nəsil smartfonunun qiyməti ¼-ə, 100 min rubldan, 77 min rubla qədər ucuzlaşıb.


Facemark.az-ın məlumatına görə, bu haqda Hi-tech Mail.ru portalı yazıb. Bu, iPhone 11 Pro Max-un minimal aşağı qiymətidir.


Əgər 20 sentyabrda flaqman smartfonları maksimum 132 min rubla almaq olardısa, indi onu 95,1 min rubla əldə etmək olar. Dinamika isə göstərir ki, ən bahalı modellərin qiyməti, daha münasib olan smartfon modeli ilə müqayisədə müvafiq olaraq 30 və 23% düşüb.


Noyabrın əvvəlində isə Apple məhsullarının ən böyük satıcısı Apple Store və Forward Leasing şirkəti lizinq yolu ilə iPhone-un yeni modellərindən birini götürmək şansı verirdi. Seçim kataloqları arasında isə iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max, iPhone XS və iPhone XS Max var idi. Telefonun icarə haqqı isə hər ay ödənilməli idi. Məsələn, 64 GB-lıq Phone 11 üçün 3940 rubl (106 manat-red.), iPhone 11 Pro Max üçün isə 5950 rubl (161 manat-red.) ödəmək lazım idi.


Bununla yanaşı, satışların başlanğıcından, sentyabrın sonunda Apple-ın yaşıl və bənövşəyi rənglərində olan iPhone 11 Pro, iPhone 11 Pro Max və iPhone 11 satılıb qurtarmışdı. Belə tələb isə yeni flaqman modellərinin yüksək yaddaşı olanlara olub. Digərlərində isə tələbdə belə ajiotaj qeydə alınmayıb.