Ford Motor Company və McDonald’s ətraf mühiti düşünərək əməkdaşlığa imza atıblar.
Facemark.az xəbər verir ki, əməkdaşlıq nəticəsində McDonald’s’ qəhvə dənəciklərinin tullantılarının, başda avtomobil faraları olmaqla, digər avtomobil ehtiyat hissələrinin ərəsəyə gəlməsində istifadə olunması gözlənilir.
Əməkdaşlıq çərçivəsindəMcDonald’s’-un Şimali Amerikadakı qəhvə dənəciklərinin tullantılarının vacib bir qisminin avtomobil hissələrində istifadə olunması çərçivəsində, Forda yönləndirilməsi nəzərdə tutulub.
Ford-dan edilən açıqlamaya görə, qəhvə dənəcikləri tullantıları aşağı oksigendə yüksək dərəcə ilə qızdırılmadan sonra, plastik və digər əlavə maddələr ilə qarışdırıldığında ortaya çıxan maddə çeşidli şəkillərə çevrilə bilir.
Qəhvə dənəciklərinin tullantılarından əmələ gələn bu maddə fara, avtomobilin digər daxili və xarici ehtiyat hissələrinin sahib olduğu keyfiyyətə uyğun gəlir.
Bu üsul ilə istehsal edilən avtomobil ehtiyat hissələri 20% daha yüngül olur və qəlibləmə prosesində 25% daha az enerji israfına kömək edir.