Yandeks açıq mağaza formatında özünün üç şəhərdə şəxsi satış nöqtələrini açıb. Bunlar Moskvada yerləşən Troyka, Sankt-Peterburq şəhərində “Oxta Moll” və Yekaterinburq şəhərində yerləşən Raduqa ticarət mərkəzidir.


Facemark.az xəbər verir ki, bu haqda şirkətin press-relizində məlumat verilib.


Ekspertlər isə hesab edir ki, şirkət öz ekosisteminə istehlakçıları daxil etmək üçün pərakəndə şəbəkəni inkişaf etdirməyə başlayıb.


Bildirilir ki, Yandeks-ə il ərzində yeni formatı inkişaf etdirmək üçün 200-300 milyon rubl lazım olacaq.