Twitter kompaniyasından deyiblər ki, onlar yaxın zamanlarda son 6 ayda aktiv olmayan hesabların silinməsi ilə məşğul olacaqlar.


Facemark.az xəbər verir ki, The Verge nəşrinin məlumatına, əsasən hesablarını itirmək istəməyənlər dekabrın 11-dən əvvəl platformaya giriş etməlidirlər.


Sosial platformanın belə bir qərara-aktiv hesabları şəbəkədən uzaqlaşdırmaq gəlməyinə səbəb isə abunəçilərə lazımı informasiyanı vaxtında ötürmək istəyi ilə bağldır. Bundan başqa, isə rəhbərlik bu yolla artıq qeydiyyatdan keçən insanları şəbəkədə nəsə paylaşmağa stimullaşdırmaq istəyir.


Həmçinin vəfat edən insanların səhifələri də şəbəkədən uzaqlaşdırılacaq.Rəhbərlik deyib ki, gələcəkdə belə səhifələr Facebook-dakı kimi xatirə statusu daşıya bilər. Amma hələ ki, şəbəkənin belə qərar vermək üçün imkanı yoxdur. Hesabların silinməsi isə 1 neçə ay çəkəcək. Ona görə də, indidən dəqiq demək olmur ki, yeni istifadəçilər, artıq şəbəkədən uzaqlaşdırılmış adlardan nə vaxtdan başlayaraq istifadə edə biləcəklər.


Qeyd edək ki, noyabrın 22-dən bütün dünyada şəbəkənin yeni funksiyası aktivləşdirildi. Belə ki, istifadəçilər tvitlərinə gələn cavabları gizlədə biləcəklər. Cavablar lentdə qalacaq, ancaq 3-cü bir istifadəçinin onları görməsi üçün lentdəki boz işarəyə klik etməsi lazımdır. Bu halda bütün danışıqlar səhifədə görünəcək.