İspaniyanın moda evi Loewe kolleksiyasında yer alan zolaqlı kostyumlara görə üzr istəyib.


Facemark.az xəbər verir ki, geyim sosial şəbəkə istifadəçilərinə nasistlərin həbs düşərgələrinin dustaqlarının formasını xatırladıb.


Brendin nümayəndəsinin sözlərinə görə, onlar üçün holokost (yəhudi soyqrımı) mövzusu müqəddəs və toxunulmazdır. Və markanın rəsmisi inandırıb ki, onlar öz yaradıcılıqlarına yaraşmayan paylaşımlar etmək niyyətində olmayıblar. Loewe üzr istəyib, eyni zamanda əlavə edib ki, onların paylaşımları yanlış izah edilib.



Daha əvvəl isə ABŞ brendi Bstroy özünün kolleksiyasında məktəblərdə silahlı basqınlara vurğu etmişdi. Köynəklərin üzərində güllə deşikləri və silahlı basqınların olduğu yerlərin adları yazılmışdı. Mübahisəli kolleksiyanın yaradıcıları yeni kolleksiyada məktəblərdə silahlı basqınlara vurğu etmək istədiklərini demişdilər. Amma bir çoxları tərəfindən bu ideya xoş qarşılanmamışdı. Həmin fotolardan bəzisini təqdim edirik.