ABŞ hökuməti Apple kompaniyasını Çindən gələn mallar üzrə gömrük rüsumundan azad edə bilər.


Facemark.az xəbər verir ki, bu haqda ölkə prezidenti Donald Tramp kompüter yığılması üzrə müəssisələri baş çəkdikdən sonra, jurnalistlərə açıqlamasında deyib.


Rossiya 24 telekanalı deyir ki, onunla birlikdə müəssisələrə ziyarəti zamanı Apple şirkətinin baş direktoru Tim Kuk da müşaiət edib.


Trampın fikrincə, ABŞ Apple və Samsunga qarşı eyni münasibəti qurmalıdır.


Xatırladaq ki, daha əvvəl Tramp Apple-ın Çindən istehsalını başqa bir ölkəyə daşımağa çağırış edib. Daha sonra isə Tramp ilə Tim Kuk arasında şəxsi danışıq baş tutdu.


O, ölkə prezidentinə izah edib ki, ABŞ-ın Çindən mallara yeni gömrük rüsumları tətbiq etməsi, əsas üstünlüyü onun rəqibi olan Cənubi Koreya şirkəti Samsung-a verəcək.