Qısa videoların mübadilə platforması TikTok-un qlobal sayda mobil istifadəçilər tərəfindən yüklənmə miqdarı 2019-cu ilin noyabrın ortasına 1,5 milyard dəfədən çox olub.
Facemark.az xəbər verir ki, Sensor Tower şirkəti yazır ki, söhbət platformanın App Store, Google Play üzərindən yüklənməsindən gedir.
TikTok yalnız messencerdən geri qalır.
2019-cu ilin başlanğıcından, dördüncü rübün ortasına qədər TikTok-a 614 milyon unikal istifadəçi yükləməsi gəlib. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 6% çox rəqəm deməkdir. Sensor Tower-in proqnozuna görə isə, dekabrın sonuna yükləmənin miqdarı 2018-ci ilin göstəricilərini ötəcək. Belə ki, həmin vaxt 655,8 milyon istifadəçi tətbiqi yükləmişdi.
Yükləmənin miqdarının artımına bütün ölkələr arasında ən yüksək təsir göstərən Hindistan olub. Burada istifadəçilər TikToku 466,8 milyon dəfə yükləyiblər. Bu isə bütün unikal yükləmələrdən 31% çoxdur. İkinci yerdə isə Çin (173,2 milyon yükləmə, 11,5%), üçüncü yerdə isə ABŞ (123,8 milyon, 11,5%)
Hazırda isə TikTok, WhatsApp (707,4 milyon unikal yükləmə), və Facebook Messenger-dən sonra (636,2 milyon) ən çox yüklənən, oyun olmayan tətbiqdir.
Bu ilin üçüncü rübündə Sensor Tower-in qiymətləndirməsi üzrə o ən çox yüklənən tətbiqlərin siyahısına düşmüşdü. Amma yenə də Facebook (587 milyo yükləmə) və Instagram (376,2 milyon yükləmə) siyahıya başçılıq edirdi.
Əlavənin daxilində xərclər stabil olaraq artır
Şirkətin daxili satınalmalardan aylıq gəliri 18,2 milyard dolları ötür.

