Coty kompaniyası (Max Factor brendini idarə edir) Kylie Cosmetics (Kayli Cenner kosmetika brendini) aldığını elan edib.


Facemark.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib. Söhbər Kylie Cosmetics şirkətinin 51%-lik aksiyasından gedir.


Onun dəyəri isə 600 milyon dollar qiymətləndirilib. Müqavilənin 2020-ci ildə bağlanması planlaşdırılıb. Tərəflər arasında əldə edilən razılığa görə, Kayli Cenner brendin siması olaraq qalmağa davam edəcək. Kylie Cosmetics 2015-ci ildə qurulub.


Coty-dən hesab edirlər ki, indi Kylie Cosmetics sosial şəbəkənin köməyi ilə ən tez böyüyən brendlərdən biridir. Daha əvvəl, Kayli Cenner ən varlı Instagram-influencer reytinqinə başçılıq edir. O, posta görə 1 milyon dollardan çox vəsait alır.