Populyar anlıq mesajlaşma tətbiqi Whatsapp üçün uzun zamandır ki, gözlənilən “Qaranlıq Mod” funksiyası gəlir.
Facemark.az xəbər verir ki, WABetaInfo WhatsApp APK sənədlərini araşdırıb və belə qənaətə gəlib ki, yeni funksiyadan istifadə qarşıdakı dövrlərdə əlçatan olacaq və platforma son hazırlıqlarını görür.
Qaranlıq Mod funksiyası istifadəçinin istəyinə bağlı olaraq iOS və Android cihazlarında aktiv ediləcək. Belə bir interfeys isə xüsusilə OLED / AMOLED ekranlı telefonlar üçün daha az enerji israf edir.
Eyni zamanda, qaranlıq şəraitdə mesajlaşmanı asanlaşdıran belə mod göz yorğunluğunu da minimallaşdırır.
