Instagram sosial şəbəkəsi laykların gizlədilməsi funksiyasının coğrafiyasını genişləndirir.


Facemark.az xəbər verir ki, bu haqda şirkət rəhbərliyi Twitter hesabı üzərindən deyib.


Şirkətin açıqlamasında deyiblər ki, əgər siz də testin iştirakçısı oldunuzsa, o zaman digər istifadəçilərin foto və videolarına baxış və layk sayını görə bilməyəcəksiniz. Bu halda postun müəllifi yenə öz paylaşımına gələn laykların sayını əvvəlki kimi görə biləcək.


Instagram laykların gizlədilməsi funksiyasını 2019-cu ilin yazından test etməyə başlayıb. Eksperiment Kanadada başlayıb, daha sonra iyulda isə 7 ölkədə yayılıb: Avstraliya, Braziliya, İtaliya, İrlandiya, Kanada, Yeli zelandiya, Yaponiya.


Qeyd edək ki, bu ölkələrdə testin nəticələri müsbət olub, nəticədə Instagram rəhbərliyi bu funksiyanın coğrafiyasını genişləndirməyə qərar verib.