Instagram hər ötən gün platforma üçün yeni funksiyalar hazırlayır. O platformanı inkişaf etdirən zaman isə rəqiblərdən nümunələr götürür. Bu dəfə isə onun hədəfi TikTok-dur. Dünyada milyonlarla istifadəçisi olan TikTok-dakı bəzi funksiyalar Instagrama gəlir.
Facemark.az-ın məlumatına görə, daha əvvəllər də platformadakı yenilikləri öncəsindən xəbər verən Jane Manchun açıqlamasına, əsasən Instagram TikTok-dakı bir çox funksiyanı öz platformasına daşıyacaq.
Belə ki, Instagram, Hekayələrində olacaq yeni funksiya üçün TikTok-un video formatı Reels-i öz tərkibinə qatmağa hazırlaşır. Bu funksiya hesabına, platformanın istifadəçiləri kliplərə AR effektləri və arxa plan musiqiləri əlavə edəcək. Eyni zamanda, sürət tənzimləmələrini həyata keçirmək üçün də yeni bir funksiya üzərində çalışırlar.
Ekspertlər isə deyir ki, Instagram bu həmləsi ilə Çində və eləcə də bütün dünyada böyük sürətlə inkişaf edən və gəlir əldə edən TikTok-la rəqabət aparmağa hazırlaşır.
