Apple 16 düymlük Retina ekranıyla və Magic Keyboard-ın yenilənmiş klaviaturasıyla MacBook Pro-nu təqdim edib.
Facemark.az xəbər verir ki, şirkətdən deyiblər ki, yeni noutbuk xüsusilə istehsalçılar, fotoqraflar, elm adamları və prodüserlər üçün hazırlanıb.
Laptopda doqquzuncu nəslin altı və səkkiz nüvəli Intel prosessorları var. Dördnüvəli 15 düymlük MacBook Pro ilə müqayisədə yeni qurğu 2,1 dəfədən çox məhsuldarlığı təmin etməyə icazə verir.
Kompaniya klaviaturanı da yeniləyib. Onu daha da yaxşılaşdırılmış mexanizm ilə təchiz ediblər. Bu isə o deməkdir ki, cihaza həssas toxunmaqla belə əməliyyatlara daha sürətli klik edə bilərsiniz. Klaviaturada, həmçinin sensor panel və Touch ID quraşdırılıb.
Noutbukun batareya gücü 100 kilovat saatdır. Bu isə MacBook tarixində ən böyük göstərici hesab olunur.
Qeyd etmək yerinə düşər ki, yeni noutbuklar artıq Apple-ın saytında əlçatandır. Noyabrın 17-dək cihaz Amerikada rəsmi satıcılarda, daha sonra isə bütün dünyada satışa çıxarılacaq. Minimal qiymətləndirmə etsək, o zaman cihazın 2399 dollardan başlayacağını deyə bilərik.