Instagram sosial şəbəkəsi ABŞ-da yeni funksiyanı artıq test etməyə başladı. Belə ki, digər istifadəçilər üçün postdakı layk sayı gizlədiləcək.
Facemark.az xəbər verir ki, Wired nəşri yazır ki, yenilik “bəyənmənin çoxluğuna çalışmaq” və saxta şərhlərlə mübarizədə yeni addım olacaq.
Şirkətin yeni funksiyanı-laykların gizlədilməsini test edəcəyi hələ apreldə məlum idi. Bu halda statistika yalnız postun müəllifinə əlçatan olacaq. Bildirək ki, funksiya artıq Kanada, Avstraliya, Yeni Zelandiya, Yaponiya, İrlandiya, İtaliya, Braziliyada test edilmişdi. Sosial şəbəkədən bu yeniliyin tətbiqi ilə bağlı deyiblər ki, onlar postun təkcə layk xətrinə paylaşılmasını istəmirlər.
Xatırlatmaq yerinə düşər ki, bu yaxınlarda Instagram istifadəçilərin layk, şərh, abunəçi sayının göründüyü Following bölməsindən də imtina edib. Bu bölmə 2011-ci ildən əlçatan idi. İstehsalçıların sözlərinə görə, bəzi istifadəçilərin heç bunun haqqında məlumatı yox idi.