Instagram bloggerlərə IGTV-videoda siyasətdən danışmağı qadağa edib.
Facemark.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, Instagram sosial şəbəkəsi bloggerlərdən tərəfindən hazırlanan IGTV-videoda siyasət və seçkilər haqqında danışmağı qadağan edib.
Bildirək ki, bu yeni qadağa bütün bloggerlərə şamil edilməyib. Qadağa yalnız istehsal etdiyi məzmundan pul qazan bloggerlərə aiddir. IGTV-video formatında bloggerlər daha uzun davam edən videolar paylaşa bilirlər. Instagram sosial şəbəkəsi keyfiyyətli postlara görə, bloggerlərə pul ödəyir.
Agentlik yazır ki, Instagram platforması 20 post üçün ödədiyi ən böyük məbləğ 250 000 dollar olub. Sosial şəbəkə ABŞ-da prezident seçkiləri ərəfəsində (2020-ci ildə baş tutacaq-red.) ictimai fikrin manipulyasiyasından ehtiyatlanır.
Qeyd etmək yerinə düşər ki, daha əvvəl Facebook ABŞ-da və digər ölkələrdə prezident seçkiləri ərəfəsində ictimai fikrə manipulyasiya edən hesabları silmişdi. Bura 135 hesab, 26 səhifə, 4 qrup və Instagramda 21 hesab daxil idi.