Qazlı içkilər istehsalçısı Coca-Cola öz istifadəçiləri üçün AR-in köməyi ilə yenilik edib.


Facemark.az xəbər verir ki, bu haqda şirkətin saytında məlumat verilib. İstehsalçı maskotu olan qütb ayısını diriltməyə qərar verib.


Əgər siz də onun buzdan olan evini görmək istəyirsinizə, o zaman Coca-Cola-nın xüsusi qablaşdırmasını mobil əlavənin köməyi ilə skanerdən çıxarmaq lazımdır. Mobil əlavəni isə pulsuz şəkildə Google Play və App Store-dən yükləmək olar. Başqa süjetlərdə isə siz xizəklər üzərində ayıların diyirlənməsini, qartopu döyüşünü və işıq şousunu görə bilərsiniz. Əgər iki Coca-Cola bankasını yan-yana qoyduqda və onu skanerdən keçirdikdə, bu zaman siz 7 qütb ayısını görəcəksiniz. Onlar markanın butulkalarına vuraraq Jingle Bells mahnısını çıxarırlar.


Qeyd etmək yerinə düşər ki, layihə üzərində Coca-Cola Digital Platforms və Tactic Studio işləyib.


Xatırlatmaq yerinə düşər ki, qütb ayısı ilk dəfə 1993-cü ildə Coca-Cola-nın reklam çarxında görünüb. Bu Şimal İşıqları adlanırdı və Always Coca-Cola kampaniyası çərçivəsində ərsəyə gətirilmişdi. O vaxtdan bəri isə ağ ayılar şirkətin Yeni İl reklam kampaniyalarının tərkib hissəsinə çevrildi.