Apple satışlarında azalmanın olmasına baxmayaraq gəlirlərində artım açıqlanıb. Samsung cəbhəsində Note 10-un uğuruna rəğmən isə mənfəətində azalma müşahidə olunub.


Facemark.az xəbər verir ki, Apple-ın 2019-cu ilin 4-cü rüb ilə bağlı hesabatında deyilir ki, iPhone və Mac satışlarında azalma müşahidə olunub.


Enmənin səbəbi isə iPhone 11 modelinin gözləntilərdən gec açıqlanması göstərilib. Rübün bitməsinə 9 gün qala açıqlanan yeni iPhone modelinin 4-cü rübün satış rəqəmlərinə kifayət qədər yansımadığı bildirilib. Şirkətin nümayəndələri isə yeni açıqlanan Apple TV+ və AirPods məhsullarının bir sonrakı rübdə satışları artıracağına ümidli olduqlarını deyib.


Düşən satışlara rəğmən Apple rekord səviyyədə gəlir açıqladı. Analiz hesabatlarında gəlir rəqəmi olaraq 62 milyard dollar gözlənilirdi, amma nəticələr gözləntiləri aşaraq rekord əldə edib. 64 milyard dollar. Apple-ın səhmləri isə gəlirlərdəki yüksəliş xəbərindən sonra 3%-lik artım göstərib.


Bundan başqa, Samsung da 4-cü rüb ilə bağlı maliyyə hesabatını açıqladı. Samsung son 4 ildir ki ard-arda gəlirlərində azalma müşahidə olunur. Bu ilin 4-cü rübündə isə şirkətin gəlirləri bir öncəki ilin anoloji dövrü ilə müqayisədə 56% azalıb.


Belə ki, ötən ilin 4-cü rübündə şirkətin gəliri 17.57 trilyon Koreya Von-u olub, bu il isə 7.78 Koreya Vonu səviyyəsinə geriləyib. Amma bildirilib ki, gəlirlərdə azalma müşahidə olunub, amma bu rəqəmlər 2019-cu ilin 3-cü rübü ilə müqayisədə artıb. Bu yüksəlişə səbəb olaraq isə Galaxy Note 10 modeli üzrə satışların yüksək artımı göstərilib. Həmçinin bildirilib ki, mikroçip bazarında canlanma gözlənilir, bunun isə Samsung üçün yaxşı olacağını demək olar.