2019-cu ilin yazında Instagram laykların gizlədilməsi ilə bağlı funksiyanı test etməyə başladı. Eksperiment Kanadada həyata keçirildi. İyulda isə daha 7 ölkəni də əhatə etdi. Bura Avstraliya, Braziliya, İtaliya, İrlandiya, Kanada, Yeni Zelandiya, Yaponiya daxil idi.


Facemark.az xəbər verir ki, yenilik ilə bağlı şirkətdən bildirmişdilər ki, laykların gizlədilməsi istifadəçilər arasında rəqabət hissini azaldacaq və onlar daha etibarlı məzmun dərc etməyə başlayacaqlar. Ekspertlər isə deyirdilər ki, bu funksiya əlçatan olduğu halda reklamverənlər istifadəçilərin sayına və şərhlərə fokuslanacaqlar.


Instascreener platforması Instagramda influencerləri analiz edir və o sosial şəbəkənin sonuncu testinin nəticələrini də qiymətləndirib. Tədqiqat çərçivəsində 16 milyon post analiz edilib. Bu qənaətə gəlinib ki, 2019-cu ilin aprel-avqust aylarında laykların gizlədilməsi xidməti aktiv olan ölkələrdə cəlb olunmanın səviyyəsi bu funksiyanın olmadığı ölkələr ilə müqayisədə 11% aşağı düşüb.


Aşağıdakı fotodan buna baxa bilərsiniz.



Qeyd etmək yerinə düşər ki, anoloji funksiya Facebook və Vkontakte-də test edilməyə başlanılıb.