Sosial şəbəkə xidmətləri şirkəti Facebook ilin üçüncü rübünün maliyyə nəticələrini açıqlayıb.


Facemark.az xəbər verir ki, kompaniyanın üçüncü rübdə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 19,6% artaraq 5,1 milyard dollardan 6,1 milyard dollara yüksəlib.


Facebook-un gəlirləri bu ilin üçüncü rübündə keçən ilin anoloji dövrü ilə müqayisədə 29% artaraq 13,7 milyard dollardan 17,7 milyard dollara yüksəlib. Bazar gözləntilərinə görə isə şirkətin gəlirləri 17,4 milyard dollar olmalı idi.


Hesabat açıqladıqdan sonra, WhatsApp və Messenger-in də sahibi olan Facebook-un birjadakı səhmlərinin dəyəri 3%-ə qədər dəyər qazanıb.


Facebook-un açıqlamasına görə, ilk rübdə mobil reklam gəlirləri, ümumi reklam gəlirlərinin 94%-ni təşkil edib. Keçən il isə bu nisbət 92% səviyyəsində idi.


Facebook-un gündəlik aktiv istifadəçi sayı, keçən ilin eyni dövrü ilə müqayisədə 8% artaraq sentyabrın sonu etibari ilə 2,45 milyard nəfərə çatıb. Facebook, gündə 2,2 milyard insanın Facebook, Instagram, WhatsApp və Messenger-dən istifadə etdiyini hesablayıb.


Facebook-un rəhbəri Mark Zuckerberq isə açıqlamasında deyib ki, bu ilin üçüncü rübündə güclü bir dövr keçiriblər. O, deyib ki, bu rüb istifadəçilərin gizliliyinin qorunması istiqamətində investisiya ediblər.