Sosial şəbəkə yeni ictimai standarları çərçivəsində bəzi emojiləri ləğv edəcəyini açıqlayıb.
Facebook və Instagram cinsi mənalarda istifadə olunduğu deyilən badımcan, şaftalı, alov, su damlarları kimi emojilərin platformadan götürüləcəyini bəyan edib.
Facemark.az xəbər verir ki, Facebookun yeni ictimai standartlarına görə bu emojilər əsasən cinsi mövzular üçün istifadə olunur.
Yeni standartlar çərçivəsində Facebook və Instagramın cinsiyyət, cinsəllik, çılpaqlıq ilə əlaqəli dolayı və ya birbaşa məzmun tələb edən, yerləşdirən istifadəçilərini işarələyəcək. Buna görə də yuxarıda adını sadaladığımız emojilər istifadə olunmayacaq. Bu emojilərdən istifadə olunduğu təqdirdə Facebook və Instagram tərəfindən silinəcək.
Bundan başqa, Instagram-da bəyan edilib ki, onlar istifadəçilərin sağlamlığını və psixologiyasını qorumaq məcburiyyətindədirlər. İntihar və özünə zərər vermək ilə əlaqəli görüntülər və videolar da platformada qadağa olunacaq.
