“Apple” dördüncü rüb ilə bağlı maliyyə nəticələrini elan edib. “Apple” sentyabrda yeni “iPhone” modellərini təqdim etmişdi.


Facemark.az xəbər verir ki, kompaniya son rübdə 64 milyard dollar dəyərində gəlir əldə edib. Bu, şirkətin bu günə qədər dördüncü rübdə əldə etdiyi ən yüksək nəticədir.


“Apple” 2019-cu ilin dördüncü rübündə “iPhone” satışlarından 33,36 milyard dollar gəlir əldə edib. Bir öncəki il isə “iPhone” satışlarından əldə edilən gəlir isə 36,76 milyard dollar idi. Şirkət Mac satışlarından 6,99 milyard dollar, iPad satışlarından 4,65 milyard dollar, geyinilən cihaz (saat, eynək və s. kimi) və aksessuar satışlarından isə 6,52 milyard dollar əldə edib.


Dördüncü rübdə “Apple”in servislərindən əldə etdiyi gəlirin 12,5 milyard dollara yüksəldiyini görürük. “Apple”in servis gəlirləri əldə etdiyi abunəçilər ilə düz mütənasib şəkildə artır.


Bildirək ki, ötən il şirkətin 330 milyon pullu abunəçisi olub, 2019-cu ildə isə bu 450 milyona çatıb.


“Apple”in CEO-su Tim Kuk isə deyib ki, şirkət bugünə qədərki ən yüksək dördüncü rüb gəlirini əldə edib. O, deyib ki, bu artımın səbəbi geyinilən cihazlar, iPad satışlarının artımı və servislər ilə bağlı olub.