“Twitter” sosial şəbəkəsi siyasi reklamlardan tamamilə imtina edəcək.
Facemark.az xəbər verir ki, bu haqda şirkətin rəhbəri Cek Dorsi özünün mikrobloqunda deyib.
Xidmətin rəhbəri “Biz düşünürük ki, siyasətçilər vətəndaşların inamını qazanmalıdırlar, nəinki onları almalı”, - deyə Cek Dorsi bu qərarın səbəbini izah edib. “İnternet-reklamları kommersiya reklamverənləri üçün güclü və effektiv alətdir. Amma nə vaxtki siyasət haqqında söhbət gedir, bu halda risklər yaranır. Çünki bu milyonlarla insanın həyatına təsir edə bilər”, - Dorsi belə düşünür.
Reklamverənlərə vaxt vermək üçün yeni qaydalar yalnız noyabrın 22-dən etibarən qüvvəyə minəcək.
Qeyd etmək yerinə düşər ki, daha əvvəl Facebook rəhbərliyi də platformalarında siyasi reklamların qadağa olunması haqqında düşünürdü. Şirkətin rəhbəri Mark Zuckerberqin belə bir ideyanın yaranmasını insanların fikir azadlığının qalmasının vacibliyi ilə izah etmişdi.