Bundan əvvəl ki yazılarda dediyimiz kimi, uğurlu biznes təşkil edilməsi üçün vacib amillərdən biridə (hətta birincisi) işləyəcəyiniz komandadır. P&G əfsanəvi CEO-su Alan Leflinin fikirləri yadıma düşdü: “Əgər siz mənim fabriklərimi alsanız bu mənə təsir etməz – mənim güclü brendlərim var, əgər siz mənim fabriklərimi və brendlərimi alsanız – mən komandamla bunları bərpa edə bilərəm, lakin siz mənim fabriklərimi, brendlərimi saxlayıb komandamı götürsəniz – mən məhv olaram!”
Yaxşı işçi – biznesin urəyidir, lakin unutmaq olmaz ki yaxşı olan yerdə pisdə olmalıdır və var! Bəs Sizcə pis işçini necə təyin etmək olar?!
Mən bu yazıda bügünə qədər iş təcrübəmdə gördüyüm halları ümumiləşdirərək getməsi barədə təcili qərar verəcək işçiləri 4 qrupa bölmüşəm, beləliklə başlayaq?!
1-ci QRUP. Narazı işçilər. Burada söhbət konkret hansısa şirkətdə baş verən dəyişikliklərdən və ya fikirlərdən narazı olanlardan getmir. Şirkətlərdə xüsusi tip işçilər olur və bu işçilər daim öz maaşlarından, şirkətdəki statuslarından, onlara qarşı münasibətlərdən, baş verən yeniliklərdən bir sözlə hər şeydən narazıdırlar. Bu adamlar heç bir yolla razı qalmazlar – çünki problem daha çox psixoloji səviyyədədir. Belə adamları əskər hallarda “düzəltmək” olmur, olursada buna qoyulan nervi, vaxt, resurs bunu kompensasiya edə bilmir. Bu qrup adamlarla şirkət öz yollarını ayırsa daha yaxşı nəticələr əldə edir. Bilirsiz, belə etməklə şirkət o işçiyədə xidmət etmiş olur. Əksinə saxladıqda belə adamlar özləri dəyişməkdənsə kimisə öz tərəflərinə çəkirlər.
2-ci QRUP. Dedi-qodu edən işçilər. Bu tip işçilər 1-ci qruplarla müqayisədə dahada təhlükəlidir. Bəzən normal işçiləri belə öz arxaları ilə apara bilərlər. Daim şirkətdə olan prosesləri başqa bir formada təsvir etmək, kimlərinsə arxasında danışmaq və öz fikirlərini kimlərinsə adından ifadə etmək belə adamların ən qorxulu xüsusiyyətidir. Problem burasındadır ki, bu işçilərin nə qədər neqativ aura yaratdığını rəhbərlər bəzən hiss etmir. Bununlada bu tip adamlar ümumi komandada, kollektivdə mənfi auranın təbliğatçısına çevrilirlər. Bunlardan təcili yaxa qurtarmaq lazımdır!
3-cü QRUP. İşdən çıxmağı manipulyasiya edən işçilər. Yaxşı işçini xarakterizə edən müxtəlif paramertlər var, bunlardan biridə ədalətli olmasıdır. Biz hansısa şirkətdə yalnız pula görə işləmirik (əlbətdə pul əsas faktorlardandır) və qeyri-maddi aktivlər bizim iş prosesimizə xeyli təsir edir. Buna görü iş prosesində mütləq ədalətli davranmaq və əmək haqqının əsas parametr ən vacib bir şey olmadığını başa düşməliyik. Əgər işçi sahibkarla (və ya öz meneceri ilə) “Mənim maaşımı artırın yoxsa filan yerə gedəcəm, mənə maşın verin yoxsa filan yerə gedəcəm” deyirsə, şərt qoyursa belə işçini bir gündə olsun işdə saxlamaq olmaz. Mən niyə belə düşünürəm?
- Bu hərəkət başqa işçilər üçün ibrət olacaq, hamı düşünəcək ki, bizim şirkətdə əmək haqqını artırmaq üçün belə etmək lazımdır;
- Əmək haqqısını artırdığınız işçinin işində əsaslə dəyişiklik olmayacaq, hətta o işçi daha pis işləməyə başlayacaq;
- Başqa şirkətə yalnız pula görə gedən işçi o deməkdir ki, işçiniz Sizin şirkətdəki ab-havanı hiss etmir.
Bir sözlə manipulyasiya edən işçi, təcili işdən çıxarılmalıdır.
4-cü QRUP. Gizli liderlər. Əgər sözü gedən lideri Sizin özünüz yaratmamısınızsa, deməli bu şirkətdə ikitərəflilik yaradacaq. Burada söhbət getiyyən söz azadlığından getmir, əlbətdə hər bir işçinin öz fikrinin olması çox yaxşıdır, hətta şirkət daxilində gizli müxalifətdə yaxşıdır, lakin əgər bu müxalifət “gizli liderə” çevrilirsə və Sizin dediklərinizə uymur, sabotaj edirsə deməli işçidən azad olmağın vaxtı çatmışdır. Gizli liderlər hər zaman stabil menecmenti poza bilər və işçilər arasında xoşagəlməz konfliktlər yaradır. Düzdür çox zaman gizli liderləri şirkət sahibləri özləri yaradırlar, bunun əsas məqsədi şirkətdə özünə nəzərət sisteminin yaradılmasıdır, lakin inanın bu heç vaxt şirkətə xeyr vermir və kollektivi dağıdır.
Hesab edirəm ki, yuxarıda göstərdiyim işçilərin ixtisas səviyyəsindən asılı olmayaraq komandada çalışmasının biznesə yalnız neqativ təsiri vardır. Əlbətdə ki, mən bu yazıda cinayət tərkibli işçi əməllərindən danışmadam. Nəyin ki, işçi heç kim cinayət etməyə haqqı yoxdur!
Müəllifin bloqu: