Twitter şirkətindən deyiblər ki, onlar populyar istifadəçilərə daha az reklam göstəriblər.
Facemark.az xəbər verir ki, bu haqda isə The Verge nəşri yazıb.
Bununla şirkət onları platformadan getməməyə motivasiya etməyi hədəfləyib. Sosial şəbəkədən deyiblər ki, onlar reklam nümayişinin metodikasında dəyişiklik ediblər. Bu isə ona görədir ki, populyar bloggerlər reklamın miqdarının çoxluğundan gileyləniblər. İndi isə platforma hər kəsə reklamı eyni dərəcədə nümayiş etdirirdi.
Bildirək ki, sosial platforma bu haqda məlumatı 2019-cu ilin üçüncü rübü ilə bağlı maliyyə hesabatının təqdimatından sonra edib. Şirkətlər isə öz növbəsində reklamdakı problem ilə əlaqədar olaraq aşağı gəlir və istifadəçi məlumatlarının reklamverənlərə ötürülməsi səbəbindən dolayı daha az büdcə tələbi ilə çıxış ediblər.
Qeyd edək ki, cari ilin üçüncü rübündə şirkətin gəliri cəmi 9% artaraq 824 milyon dollara qədər böyüyüb.
Xatırlatmaq yerinə düşər ki, yayın ortalarında isə Facebook, Google və Twitter sosial şəbəkələrdəki nifrətlə mübarizə üçün birləşdilər. Əsas marketoloqlar, sosial şəbəkələr və reklam agentlikləri Global Alliance for Responsible Media-nın əsasını qoydular. Bu təşkilatın məqsədi isə sosial məcralarda nifrət, təhqir və saxta məzmuna qarşı mübarizə aparmaq idi.