“Facebook” test rejimində “Facebook News” bölməsini işə salıb.
Facemark.az xəbər verir ki, şirkətin bloqunda deyilib ki, istifadəçilər fərdə uyğun seçilən xəbər süjetləri ilə tanış ola biləcəklər. Yazılar yenə də xəbər lentində görünəcək, amma platformada yaradılan xüsusi bölmə ilə isə xəbər axını ilə tanış olmaq mümkün olacaq.
Burada abunəçilər və seçilən xəbərlər, tematik bölmələr (biznes, əyləncə, sağlamlıq, elm, texnika, idman) mövcud olacaq.
Sonuncu bölmə isə pullu olacaq. Həmçinin Facebook News-da yerli reportajlar da əlçatan olacaq. Sosial şəbəkə The Wall Street Journal, The Washington Post, USA Today, Buzzfeed, Fox, Business Insider və CNBC kimi nəşrlər ilə əməkdaşlıq edir. Amma bölmədə təqdim edilən xəbərlər Facebook-un prinsiplərinə uyğun olmalıdır.
Qeyd edək ki, daha əvvəl isə deyilirdi ki, Facebook ABC News, Dow Jones, The Washington Post və Bloomberg kimi nəşrlərə xəbərlərini lizenziyalaşdırmaq üçün müraciət edib. Bildirilir ki, Facebook şirkəti liseziya ilə bağlı olaraq KİV-ə ildə 3 milyon dollar ödəməyə hazırdır.
