Dünyada uzun müddətdir ki, populyar olan onlayn film və serial satan platformalara “Walt Disney Company” də daxil olur.
Facemark.az xəbər verir ki, Disney+ ABŞ-da noyabrın 12-dən etibarən əlçatan olacaq. Daha sonra isə bütün dünyada istifadəyə veriləcək. Disney+, özündə Pixar, Marvel, Star Wars, National Geographic kimi istehsalçıları da birləşdirəcək.
Disney+ nədir və fərqləri nələrdir?
“Disney+”-un digərlərindən ən əsas fərqi heç şübhəsiz ki, tanınan və çox sevilən Walt Disney Company-nin daxilində olması olacaq. Disney Company-dən deyilən məlumata görə, yeni platforma kontent baxımından çox zəngin olacaq və bir çox istehsalçıya da ev sahibliyi edəcək.
Disney+ artıq indidən Netflix-də yayımlanan 3 serialın yeni sezon bölümlərinə üzvlük haqqı alıb. Həmçinin Disney+ un münasib qiymətdə olacağı deyilir.
Disney-in CEO-su Bob Iger platformaya üzvlük haqqının aşağı olmasının əsl səbəbini ən yüksək müştəri sayına çatmaq istəkləri ilə bağlı olduğunu deyib: “İstifadəçilərin Disney+u sevəcəklərinə əminik”, - deyə iddialı cümlələr qurub. Disney+dakı bütün kontentləri oflayn izləmək də mümkün olacaq.
Disney+ hazırda bir veb saytı ilə qarşımızdadır. Əgər kimsə Disney+ u izləmək istəyirsə, onun əlçatan olması ilə bağlı istifadəçilərin mail adreslərinə məlumat göndəriləcək.
Disney+ rəqabəti qızışdırır
Sektorda bir çox platforma onlayn film və serial satır. Disney+ sevilən kontentlər ilə yanaşı, artıq yayımlanmayan proqram və sənədli filmləri də ekranlaşdıracaq. Bu isə sektorda rəqabətin qızışacağı deməkdir. Walt Disney Company-ni sevənlər isə şirkətin yeni platformasını artıq səbrsizliklə gözləyir.
Veb adres: https://preview.disneyplus.com/unavailable/