“YouTube” istifadəçisinin şərhi ilk dəfə 1 milyon layk alıb.


Facemark.az RBK nəşrinə istinadən yazır ki, bu şərhin müəllifi Set Evermandır. Onun 17 yaşlı amerikalı müğənni Billi Aylişin “Bad Guy” mahnısına yazdığı şərh istifadəçilərin reaksiyasına səbəb olub.


Everman söz oyunundan istifadə edərək, “Bad Guy” (Pis oğlan) əvəzinə “I'm bald guy” (Mən keçək oğlanam) yazıb. Maraqlısı budur ki, onun “YouTube”da profil şəklində istifadə etdiyi fotoda o həqiqətən də keçəldir.


Qeyd etmək yerinə düşər ki, avqustun sonunda Ayliş Moskva və Sankt-Peterburq kimi şəhərlərdə konsertlər təşkil etmişdi. 0, 2016-cı ildə “SoundCloud” musiqi xidmətində özünün ”Ocean Eyes” sinqlının yayımından sonra məşhur olub.


Bu il isə o özünün debüt albomlarını buraxdı. Bunlar “When We All Fall Asleep” və “Where Do We Go?” adlanırdı. Bura “Bad Guy” da daxil olmaqla, 14 musiqi kompozisiyası aid idi.