“Apple” sentyabrın 10-da bütün dünyaya yeni modelləri iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max ve Apple Watch Series 5 modellərini təqdim edib. Yeni modellər Türkiyə bazarında isə oktyabrın 18-dən etibarən satışa çıxarılacaq.
Maraqla gözlənilən iPhone 11 ailəsinin qiymətləri məlum olub.
İstifadəçilər “Apple”in yeni məhsullarını oktyabrın 18-dən etibarən apple.com.tr adresi üzərindən, App Store tətbiqi üzərindən, Apple məhsullarını satmağa səlahiyyətli satıcılardan və müəyyən rabitə operatorlarından ala biləcəklər.
iPhone 11 ailəsinin ən münasib qiymətli modeli 7299 TL-dən (2123 manat-red.) satışa çıxarılan iPhone 11 olub. 128 GB-lik iPhone 11-in qiyməti 7749 TL-dən, (2255 manat-red.) 256 GB-lik iPhone 11 isə 8599 TL-dən (2501 manat-red.) satışa çıxarılacaq.
iPhone 11 Pro -nun Türkiyə qiyməti
Boz, gümüşü, yaşıl, qızılı rəng seçimləri təklif edən iPhone 11 Pro modelinin başlanğıc qiyməti, yəni 64 GB-lıq veriyasını 10 999 TL-dən (3199 manat-red.) almaq olar. 256 GB yaddaşa sahib olan iPhone 11 Pro-nun Türkiyə qiyməti 12 299 TL, (3577 manat-red.) 512 GB-lıq versiyasının qiyməti isə 13 999 TL-dir. (3868 manat-red.)
iPhone 11 Pro Max Türkiyə qiyməti
iPhone 11 Pro Max-ın Türkiye qiyməti 11 999 TL-dən (3490 manat-red.) başlayır. 256 GB-lik bir 11 Pro Max-ın qiyməti 13 299 TL-dir.(3868 manat-red.) 512 GB-lik 11 Pro Max üçün lazım olan miqdar isə 14 999 TL-dir. (4362 manat-red.)