Gürcan Korkmaz, “Haber Global TV”də - Veb Reklam Qrupunun Rəhbəri vəzifəsini tutacaq.
Facemark.az Marketinq Türkiye-yə istinadən yazır ki, o televiziyada yeni vəzifəsində satış, marketinq, sponsorluq ilə bağlı məsələləri idarə edəcək.
Qeyd etmək yerinə düşər ki, o daha əvvəl Sabah qəzetində Reklam Şöbəsinin Baş Direktor müavini, Ciner Medya Grubu TV -də Reklam Şöbəsinin Baş Direktoru (Show TV-Habertürk-Bloomberg HT), Turkuaz Reklam Grubunda Ənənəvi Media Satış Müdiri (Sabah-Takvim-Fotomaç və dərgilər), Demirören Media-da Reklam Satış Qrupunun Rəhbəri vəzifələrini tutmuşdu.